“Sabah” FK Azərbaycan Kubokunun 1/4 final mərhələsində evdə “Qəbələ”yə 0:1 hesabıyla uduzaraq (ilk oyun – 0:1) kubokda mübarizəni dayandırıb. Baş məşqçimiz Elşad Əhmədov qarşılaşmadan sonra fikirlərini bildirib:

“Oyun gərgin keçdi. Uşaqlar 75-80 faiz əllərindən gələni etdilər. Əsas odu ki, futbolçularımda əzmkarlığı gördüm. Düzdü, taktiki-texniki planda çatışmazlıqlarımız var idi. Qış fasiləsində bu çatışmazlıqların aradan qaldırılması istiqamətində çalışacağıq. Hücumda problemlərimiz var. İrəli xəttdə top saxlaya bilmirik. Ən böyük problemimiz budu. “Qəbələ”ni yarımfinala çıxması münasibəti ilə təbrik edirəm”.