Sabah” Futbol Klubu qış fasiləsində ilk transferini reallaşdırıb. Rəşad Eyubov bundan sonra komandamızın uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə bağlanıb. Rəşad komandamızda 7 nömrəli formada çıxış edəcək. Karyerası ərzində “Simurq”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”ın uğurları üçün çalışmış Eyubovun son komandası “Neftçi” olub.