“Sabah” Futbol Klubu qış fasiləsində növbəti transferini rəsmiləşdirib. Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə bundan sonra komandamızın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, “Sabah”da 17 nömrəli forma geyinəcək. Karyerası ərzində “Qarabağ”, AZAL, “Zirə” komandalarında çıxış etmiş yarımmüdafiəçinin son klubu “Qəbələ” olub. Təmkin əsas millimizdə 10 oyun keçirib, 1 qola imza atıb.
Xatırladaq ki, Xəlilzadə “Sabah” FK-nın qış fasiləsində həyata keçirdiyi ikinci transferdi. Klubumuz bir neçə gün öncə Rəşad Eyubovla müqavilə bağlamışdı.