Bu gün səhər saatlarında Bakıdan birbaşa reyslə Antalyaya yola düşən komandamız yerli vaxtla saat 11:00-da mənzil başına çatıb. Komandamızın Antalya toplanışı yanvarın 23-dək davam edəcək.

“Sabah” hazırlıq çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız yanvarın 12-də Türkiyənin “Eskişehirspor”, 16-da Qazaxıstanın “Tobol”, 19-da Macarıstanın “MTK Budapeşt” klublarıyla üz-üzə gələcək. Komandamız ayın 22-də daha bir yoxlama oyunu keçirəcək. Rəqib barədə qarşıdakı günlərdə məlumat veriləcək.