“Sabah”ın əvəzedicilərdən ibarət komandası mövsümün ikinci yarısına hazırlığı davam etdirir. I Divizionda mübarizə aparan gənclərimiz ikinci dövrəyə hazırlığı Binə qəsəbə stadionunda keçir. Komanda yanvarın 12-dən 24-dək Şamaxıda təlim-məşq toplanışında olacaq.

Əvəzedicilərimiz toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Vasif Haqverdiyevin yetirmələri yanvarın 14-də “Qəbələ”nin U-19 komandası, 17-də “Qaradağ Lökbatan”, 20-də “Şüvəlan”, 23-də isə “Ağsu” ilə qarşılaşacaq.