“Sabah” FK heyətini yeni futbolçuyla gücləndirib. Yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra komandamızın uğurları üçün çalışacaq. 23 yaşlı futbolçuyla 3 illik müqavilə bağlanıb. Yeni transferimiz “Sabah”da 91 nömrəli forma geyinəcək.
Diniyev karyerası ərzində “İnter” (2013-2015) və “Qarabağ” (2015-2019) klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.