Antalyada təlim-məşq toplanışında olan “Sabah”ın “Tobol”la yoxlama oyunu (2:2) komandamızın yeni üzvlərindən Rəşad Eyubov üçün əlamətdar olub. Matçda hesabı açan yarımmüdafiəçi, “Sabah”da ilk qoluna imza atıb. Rəşad klubumuzun mətbuat xidmətinə oyunla bağlı fikirlərini bildirib:

“Oyun çətin keçdi. Yetərincə güclü və sanballı komandaya qarşı oynadıq. Deyə bilərəm ki, məşqdə çalışdıqlarımızın əksəriyyətini meydanda nümayiş etdirə bildik. Bu, yaxşı məqamdı. Lakin öz üzərimizdə hələ çox çalışmalıyıq. Düşünürəm ki, qarşıdakı matçlarda oyun keyfiyyətimizi bir az da artıracağıq. “Sabah”da ilk qolumu vurduğuma görə şadam. Artıq komandaya tam uyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi meydanda yaxşı başa düşürük”.