Antalyada təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində son oyununu keçirib. Komandamız İsveçrənin “Syon” klubunun U-21 komandası ilə qarşılaşıb.
Oyun bolqollu – 4:4 hesablı bərabərliklə başa çatıb. Matçda komandamızın qollarına Marko Deviç (penaltidən), Elşən Abdullayev, Təmkin Xəlilzadə və Filip İvanoviç imza atıblar.
Baş məşqçimiz Elşad Əhmədov qarşılaşmada aşağıdakı futbolçulara şans verib:
30. Saşa Stamenkoviç, 33. Eltun Turabov (25. Vanderson Silva, 46), 13. Filip İvanoviç, 5. Kərim Diniyev, 19. Məqsəd İsayev (21. Novruz Məmmədov, 69), 14. Təmkin Xəlilzadə (6. Vadim Abdullayev, 73), 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k) (Coşqun Diniyev, 46), 15. Erik Ramos (4. Tərzin Cahangirov, 63), 9. Marko Deviç (27. Bəxtiyar Soltanov, 46), 8. Elşən Abdullayev.
Xatırladaq ki, “Sabah” Antalya toplanışında daha öncə keçirdiyi oyunlarda Türkiyənin “Eskişehirspor” (1:0) və Macarıstanın “MTK Budapeşt” (3:1) komandalarını məğlub edib, Qazaxıstan “Tobol”u ilə (2:2) heç-heçə etmişdi.