Mövsümün ikinci yarısına hazırlaşan “Sabah-2” Şamaxıdakı təlim-məşq toplanışını başa vurub. Əvəzedicilərimiz yanvar ayının 12-dən 24-dək davam edən hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirib. Vasif Haqverdiyevin yetirmələri “Qəbələ”nin U-19 komandasını 1:0, “Qaradağ Lökbatan”ı 2:1 hesabıyla məğlub edib, “Ağsu”ya 0:2 hesabıyla uduzub. 2 gün istirahət edəcək komanda, ayın 27-dən Bakıda məşqləri bərpa edəcək.

Xatırladaq ki, I Divizionda mübarizə aparan “Sabah-2”, mövsümün ilk yarısını 14 komanda arasında 9-cu pillədə başa vurub.