Topaz Premyer Liqasında fasilə başa çatır. “Sabah” FK qış fasiləsindən sonrakı ilk turda “Zirə” ilə üz-üzə gələcək. XV tur çərçivəsində baş tutacaq qarşılaşma bu rəqiblə 3-cü görüş olacaq.

“Zirə” ilə ilk oyunumuz ötən il avqustun 25-də baş tutub. “Dalğa Arena”da keçirilən qarşılaşma, komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər iki qolumuzun müəllifi Marko Deviç olub.

“Zirə” ilə 2-ci duel isə oktyabrın 27-də keçirilib. “Əlincə Arena”da baş tutan, “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda qollarımıza Məqsəd İsayev və Cavid İmamverdiyev imza atıb.

“Zirə” – “Sabah” oyunu fevralın 2-də saat 16:30-da, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.