“Sabah”ın “Zirə” üzərində səfər qələbəsi qapıçımız Saşa Stamenkoviç üçün əlamətdar olub. Bu oyunda qapısını toxunulmaz saxlayan serbiyalı qolkiper, cari mövsümdə 6-cı dəfə qol buraxmayıb. Saşa Premyer Liqada ümumilikdə 40-cı “quru” oyununu keçirib.
Xatırladaq ki, 34 yaşlı qapıçı 2011-15-ci illər aralığında “Neftçi”nin uğurları üçün çalışıb.