“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib. Əmirhüseyn Nəcəfi bundan sonra komandamızın uğurları üçün çalışacaq. 22 yaşlı qapıçı ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb. Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn, karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb. Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək.