Futbol üzrə Azərbaycan I Divizionunda qış fasiləsi başa çatıb. “Sabah-2” fasilədən sonrakı ilk – XIV turda “Neftçi-2” komandası ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş məşqçimiz Vasif Haqverdiyev oyunda aşağıdakı heyətə şans verib:

71. Hüseynəli Quliyev, 6. Vadim Abdullayev, 88. Elçin Əsədov, 16. Kənan Həsənov, 23. Tacir Əlizadə (77. Şakir Seyidov, 82), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev (k), 18. Kamran Məmmədov, 97. Emil Qasımov (69. Tahir Zeynalov, 84), 31. Sultan Mustafayev (24. Samir Məmmədov, 90+2), 40. Tural Nəsirov (12. Zahid Mərdanov, 86).