Baş məşqçimiz Elşad Əhmədovun “Qəbələ” ilə oyun barədə fikirləri:
“Artıq ikinci oyundu meydanda azlıqda qalırıq. Deməzdim ki, bu, intizamsızlığın göstəricisidi. Futbolda belə şeylər olur. Komanda keçən oyunda olduğu kimi, bu qarşılşamada da azlıqda qalsa da, sona kimi vuruşdu. “Qəbələ” kimi komandaya qarşı meydanda 10 nəfər qalmalarına baxmayaraq, bu cür mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.