“Sabah” bu gün Topaz Premyer Liqasının XVI turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq. “Əlincə Arena”da keçiriləcək matç, bu rəqiblə 5-ci duel olacaq.
“Qəbələ” ilə ilk görüşümüz ötən il sentyabrın 16-da, Topaz Premyer Liqasının IV turunda baş tutub. “Əlincə Arena”da keçirilən qarşılaşma Marko Deviçin yeganə qolu ilə komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ” ilə növbəti görüşümüz noyabrın 4-də, çempionatın X turunda baş tutub. Qəbələ şəhər stadionunda keçirilən oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada komandamızın yeganə qoluna Bəxtiyar Soltanov imza atıb.
“Qəbələ” ilə iki dəfə də ölkə kubokunun 1/4 final mərhələsində üz-üzə gəlmişik. Dekabrın 16-da Qəbələ şəhər stadionunda, dekabrın 20-də isə “Əlincə Arena”da baş tutmuş hər iki qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb.
“Sabah” – “Qəbələ” oyunu bu gün saat 16:00-da başlayacaq.