“Sabah” – “Qəbələ” oyununda sonradan meydana daxil olan futbolçumuz Elşən Abdullayev Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
Premyer Liqada 2011/12 mövsümündə debüt edən 25 yaşlı yarımmüdafiəçi, bu görüşlərdə 9 qol vurub. Futbolçumuz ümumilikdə 5 klubda (“Neftçi”, “Sumqayıt”, “Qarabağ”, “Zirə”, “Sabah”) çıxış edib.
Elşən cari mövsümdə şans qazandığı 11 oyunda 1 qola imza atıb.