İrqçilik dünyanın əsas problemlərindən birinə çevrilib. Çox təəssüf ki, bu bəla idman arenalarından, həmçinin futboldan da yan keçmir. Bu gün hətta dünyanın inkişaf etmiş ölkələrində belə stadionlarda irqçi şüarlara rast gəlmək mümkündür. İnsanlıq adına ləkə olan bu cür hallar futbolun gözəlliyinə kölgə salır.
“Sabah” Futbol Klubu irqçilik bəlasının Azərbaycan stadionlarından uzaq olmasını arzu edir. Bu cür halların gələcəkdə bizim ölkədə də yaşanmaması üçün nəinki azarkeşləri, həmçinin bütün futbol ictimaiyyətini birgə mübarizə aparmağa çağırır.
“Sabah” FK irqçilik əleyhinə daim mübarizə aparacağını, bu cür hallara yol vermiş şəxslərə qarşı sərt cəza tədbirlərinin görüləcəyini bəyan edir.