Baş məşqçimiz Elşad Əhmədovun “Səbail”lə oyun barədə fikirləri:
“İlk hissədə bir neçə qol fürsəti əldə etsək də, dəyərləndirə bilmədik. İkinci hissənin ilk 15 dəqiqəsində rəqib bizim boşluqlarımızı tapdı. Bir neçə qol fürsəti əldə etdilər. Fasilədən sonra ilk hissədəki kimi qol vəziyyətləri yarada bilmədik. İrəli xəttdə problemimiz olması özünü göstərdi. “Səbail” ikinci hissədə bizdən daha yaxşı oynadı və qalib gəldi”.