Futbol üzrə Azərbaycan I Divizionunda XVI tura start verilib. “Sabah-2” bu turda “Qaradağ Lökbatan”ı qəbul edib. Binə qəsəbə stadionunda keçirilən görüş komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda vurulan yeganə qolun müəllifi Kənan Həsənov olub.
Baş məşqçimiz Vasif Haqverdiyev oyunda aşağıdakı futbolçulara şans verib:
71. Hüseynəli Quliyev, 88. Elçin Əsədov (72. Ayxan Quluzadə, 26), 16. Kənan Həsənov (23. Tacir Əlizadə, 63), 12. Zahid Mərdanov (k), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev, 18. Kamran Məmmədov, 97. Emil Qasımov (40. Tural Nəsirov, 70), 45. Tolqar Yaqubov, 42. Reza Biqdelo (69. Tahir Zeynalov, 80), 24. Samir Məmmədov.