Baş məşqçimiz Elşad Əhmədovun “Qarabağ”la oyun barədə fikirləri:
“Qarabağ”la hər oyun maraqlı alınır. Bu gün də sürətli, maraqlı oyun izlədik. Futbolçularımız meydanda vuruşdular. Azlıqda qalsaq da, mübarizə apardıq. Bu cür komanda ilə oyun uşaqlar üçün böyük stimuldu. Futbolçularımı yaxşı mübarizə apardıqlarına görə təbrik edirəm”.