Bu gün Azərbaycan futbolunun tanınmış siması, sabiq futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989), “Sabah” FK-nın Müşahidə Şurasının üzvü İqor Ponomaryovun 59 yaşı tamam olur.

“Sabah” FK ailəsi Ponomaryovu doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzu edir.