Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anadan olmasının 73-cü ildönümü ilə əlaqədar AFFA, Futbol Veteranları İttifaqı və Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə xatirə turniri keçirilib.

2007-cı il təvəllüdlü uşaqlardan ibarət komandaların iştirak etdiyi turnirin qalibi “Sabah” olub.

Samir Əbdürəhmanovun yetirmələri həlledici matçda “Səbail”lə üz-üzə gəliblər. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Oyunsonrası penaltilər seriyasında rəqibini 4:2 hesabilə məğlub edən “Sabah” turnirin qalibi olub. Komandamızın üzvü Babamirzə Mehdiyev turnirin ən yaxşı oyunçusu seçilib.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub.