Futbol üzrə Azərbaycan I Divizionunda XVII tura start verilib. “Sabah-2” bu turda səfərdə “Keşlə-2” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən qarşılaşma komandamızın 2:0 hesablı qələbəsilə yekunlaşıb. Qollara Tural Nəsirov və Reza Biqdelo imza atıblar.
Əvəzedici heyətimizin baş məşqçisi Vasif Haqverdiyev qarşılaşmada aşağıdakı heyətə şans verib:
71. Hüseynəli Quliyev, 88. Elçin Əsədov, 16. Kənan Həsənov (23. Tacir Əlizadə, 71), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev (k), 18. Kamran Məmmədov, 45. Tolqar Yaqubov, 42. Reza Biqdelo (43. Vüsal Qəmbərov, 90+3), 72. Ayxan Quluzadə (12. Zahid Mərdanov, 65), 24. Samir Məmmədov, 40. Tural Nəsirov (97. Emil Qasımov, 51) (69. Tahir Zeynalov, 83).