Baş məşqçimiz Elşad Əhmədovun “Neftçi” ilə oyun barədə fikirləri:

“Neftçi” son iki oyunda xal itirmişdi. Buna görə, bizimlə qarşılaşmaya aqressiv başlayacaqlarını bilirdik. Fikirləşdiyimiz kimi də oldu. Birinci hissədə müdafiədən çox narazı qaldım. Əsasən, ilk 15-20 dəqiqədə arxa xəttdə çoxlu səhvlərə yol verdik.

“Neftçi” bu gün bizdən üstün oynadı və layiqli qələbə qazandı. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.