AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə komandalar arasında liqalarda və Təhsil Liqasında növbəti oyunlar keçirilib. “Sabah” Futbol Klubunun akademiyasının komandaları keçirdikləri 13 oyunun 10-dan qələbəylə ayrılıblar (1 heç-heçə, 2 məğlubiyyət).

Təhsil Liqası, U-9

“Təhsil” (Sumqayıt) – “Sabah” 4:5

Qollar: Nazim Əliyev (2), İlkin Bayramov (2), Xalid Hürşanov.

U-10 Liqası

“Sabah” – EFA 7:2

Qollar: Samir Şərifov (6), Ömər Yusubov.

U-11 Liqası

“Sabah” – “Leon” 4:2

Qollar: Səid Aslanzadə (2), İslam Həsənov (2).

“Sabah” – “Polad” 3:0

Qollar: İslam Həsənov, Səid Aslanzadə, İlknur Aslanov.

“Sabah” – “Keşlə” 1:7

Qol: İslam Həsənov.

U-12 Liqası

“Sabah” – “Təhsil” 5:0

Qollar: Murad Məmmədov, Famil Məmmədli, Rəşad Alışov, Azər Xəlilzadə, Rüfət Hüseynzadə.

U-14 Liqası

“Sabah” – “Səbail” 1:0

Qol: Səbuhi Qurbanov.

“Sabah” – “Qəbələ” 1:1

Qol: Nicat Məmmədov.

U-15 Liqası

“Gəncə” TİM – “Sabah” 1:2

Qollar: Firəddin Abdullayev, Qəşəm Məmmədov.

U-16 Liqası

ROİL – “Sabah” 0:5

Qollar: Kamil Musayev, Şahmar Aşurov, Fərid Əbdülrəhmanov, Şahin Kərimli, Ayxan Allahverdiyev.

U-17 Liqası

“Sabah” – “Mil-Muğan” 5:0

Qollar: Kamran Qürbətov, Elmar Rəhimov, Xəyyam Hüseynov, Murad Abbaslı (2).

Gənclər Liqası (U-19)

“Neftçi” – “Sabah” 1:2

Qollar: Kamran Qürbətov, Vüsal Qənbərov.