Futbol üzrə Azərbaycan I Divizionunda XVIII tura start verilib. “Sabah-2” bu turda səfərdə “Kəpəz”lə qarşılaşıb. Gəncə şəhər stadionunda keçirilən görüş komandamızın minimal hesablı qələbəsiylə nəticələnib. Eldost Qiyasbəyli matçda yeganə qola imza atıb.

Əvəzedici heyətimizin baş məşqçisi Vasif Haqverdiyev qarşılaşmada aşağıdakı heyətə şans verib:

71. Hüseynəli Quliyev, 88. Elçin Əsədov, 16. Kənan Həsənov, 12. Zahid Mərdanov (k), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev, 18. Kamran Məmmədov, 97. Emil Qasımov (40. Tural Nəsirov, 74), 45. Tolqar Yaqubov, 42. Reza Biqdelo (72. Ayxan Quluzadə, 90+2), 24. Samir Məmmədov (23. Tacir Əlizadə, 78).

I Divizion, XVIII tur

“Kəpəz” – “Sabah-2” 0:1

7 mart 2019. Saat 15:00. Gəncə şəhər stadionu. 250 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Elxan Əsgərzadə
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi:
 Şaiq Həmidov
Sarı vərəqələr:
 Elcan Rəhimov, 28 (qeyri-idman hərəkəti); Tural Rzayev, 84 (qeyri-idman hərəkəti); Eltac Mirzəyev, 89 (qeyri-idman hərəkəti) // Elçin Əsədov, 33 (hakimin qərarına etiraz); Emil Qasımov, 69 (qeyri-idman hərəkəti); Hüseynəli Quliyev, 90+4 (oyunun bərpasını ləngitdiyi üçün)
Qollar:  Eldost Qiyasbəyli, 86
Artırılan vaxt:
 I hissədə – 2 dəq.; II hissədə – 5 dəq.