Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 15-dən 27-dək Rusiyanın Krasnodar şəhərində təlim-məşq toplanışı və rəsmi oyunlar keçirəcək. “Sabah” FK-nın 3 futbolçusu – Zahid Mərdanov, Şakir Seyidov və Emil Qasımov da millimizə dəvət alıb.

Xatırladaq ki, yığmamız elit-raundda Rusiya, İrlandiya və Rumıniya milliləri ilə bir qrupda mübarizə aparacaq.