Futbol üzrə Azərbaycan I Divizionunda XIX tura start verilib. “Sabah-2” bu turda evdə “Turan Tovuz”u qəbul edib. Binə qəsəbə stadionunda keçirilən görüş əvəzedicilərimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda vurulan qollara Ayxan Quluzadə, penaltidən Emil Qasımov və Reza Biqdelo imza atıblar.

Əvəzedici heyətimizin baş məşqçisi Vasif Haqverdiyev matçda aşağıdakı heyətə şans verib:

  1. Hüseynəli Quliyev, 16. Kənan Həsənov (23. Tacir Əlizadə, 80), 12. Zahid Mərdanov (k), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev, 18. Kamran Məmmədov, 97. Emil Qasımov (40. Tural Nəsirov, 73), 45. Tolqar Yaqubov, 77. Şakir Seyidov (24. Samir Məmmədov, 61), 42. Reza Biqdelo (43. Vüsal Qəmbərov, 87), 72. Ayxan Quluzadə (28. Nemət Musayev, 89).

Xatırladaq ki, əvəzedicilərimiz bu qələbə ilə ardıcıl 4-cü dəfə meydanı 3 xalla tərk edib.