Baş məşqçimiz Elşad Əhmədovun “Sumqayıt”la oyun barədə fikirləri:

“Maraqlı oyun keçdi. Azlıqda qalmamışdan öncə imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Meydanda azlıqda qalmağımız işimizi çətinləşdirdi. İlk hissədə qapımızda qol gördük. Fasilədə uşaqlar bu oyunu uduzmayacaqlarını dedilər. İkinci hissədə futbolçular xarakter nümayiş etdirdilər. 10 nəfər qalsaq da, hesabı bərabərləşdirməyi bacardılar. Oyunun böyük hissəsini azlıqda oynadığımızı nəzərə alsaq, bu hesabı qənaətbəxş saymaq olar”.