Qəbələdə 14 yaşadək futbolçular arasında təşkil edilən Novruz turnirinə yekun vurulub. “Sabah”ın U-14 komandası turnir çərçivəsində keçirdiyi bütün oyunları qalib başa vurub. Yaşar Abdulovun yetirmələri “Səbail”i 3:0, “Qarabağ”ı 2:0, “Qəbələ”ni isə 2:1 hesabı ilə məğlub edərək, kubokun sahibi olub.

U-13 komandamız isə turniri 2-ci pillədə başa vurub. Elnur Zeynalovun yetirmələri “Səbail”i 1:0, “Zirvə”ni 5:0 hesabıyla məğlub edib, “Qəbələ” ilə isə qolsuz bərabərə qalıb. Komandamız “Qəbələ” yalnız top fərqində geri qalıb.

Xatırladaq ki, bir neçə gün öncə U-9 komandamız Novruz turnirini birinci pillədə başa vurmuşdu.