Futbol üzrə Azərbaycan I Divizionunda XX turun oyunları keçirilir. “Sabah-2” bu turda səfərdə “Zirə-2” ilə qarşılaşıb. “AZAL Arena”da keçirilən matç Vasif Haqverdiyevin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın qoluna Reza Biqdelo imza atıb.

Əvəzedici heyətimizin baş məşqçisi Vasif Haqverdiyev qarşılaşmada aşağıdakı heyətə şans verib:

  1. Hüseynəli Quliyev 27. Bəxtiyar Soltanov (k) (23. Tacir Əlizadə, 85) 88. Elçin Əsədov 16. Kənan Həsənov (72. Ayxan Quluzadə, 90) 12. Zahid Mərdanov 35. Eldost Qiyasbəyli 87. Elçin Mustafayev 18. Kamran Məmmədov 45. Tolqar Yaqubov 42. Reza Biqdelo (24. Samir Məmmədov, 56) 40. Tural Nəsirov (31. Sultan Mustafayev, 69)

Xatırladaq ki, bu, “Sabah-2”nin I Divizionda ardıcıl 5-ci qələbəsidi. Komandamız diviziondakı son 5 matçda qol buraxmadan qalib gəlib.