Baş məşqçimiz Elşad Əhmədovun “Qəbələ” ilə oyun (0:0) barədə fikirləri:
“Maraqlı oyun keçdi. “Qəbələ”nin bizə qarşı aqressiv oynayacağını gözləyirdik. Rəqib ikinci hissədə daha yaxşı oynadı. Uşaqlara meydanda daha hərəkətli olmağı tapşırmışdım ki, onlar da bunun öhdəsindən gəldilər. Oyun epizodlarında bəzi boşluqlarımız var idi. Məncə, Qəbələdən bir xalla qayıtmaq bizim üçün yaxşı nəticədir”.