Futbol üzrə Azərbaycan I Divizionunda XXI tura start verilib. “Sabah-2” bu turda “Şüvəlan”ı qəbul edib. Binə qəsəbə stadionunda keçirilən görüş qolsuz bərabərliklə nəticələnib (0:0).
Əvəzedici heyətimizin baş məşqçisi Vasif Haqverdiyev matçda bu heyətə şans verib:
71. Hüseynəli Quliyev, 88. Elçin Əsədov, 16. Kənan Həsənov, 12. Zahid Mərdanov (k), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev, 18. Kamran Məmmədov, 97. Emil Qasımov, (31. Sultan Mustafayev, 40), 45. Tolqar Yaqubov, 42. Reza Biqdelo, 24. Samir Məmmədov, (40. Tural Nəsirov, 40), (72. Ayxan Quluzadə, 90).