Baş məşqçimiz Elşad Əhmədovun “Səbail”lə oyun (3:1) barədə fikirləri:

“Oyun maraqlı keçdi. İlk dəqiqədə qol buraxmağımıza baxmayaraq, komanda toparlanmağı bacardı. İlk hissədəki oyunumuzdan hiss olunurdu ki, qol vura biləcəyik. Uşaqlar istəkli oynadılar. İkinci hissədə daha maraqlı oyun izlədik. Hücumlarımızda keyfiyyət hiss olunurdu. Qalib gəldik. Buna görə sevinirik. “Səbail” komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram”.