“Səbail” üzərində qələbə (3:1) müdafiəçimiz Filip İvanoviç üçün ikiqat sevindirici oldu. Oyunda komandamızın bərabərlik qoluna imza atan serbiyalı futbolçu, həm də, Premyer Liqada ilk qolunu vurdu.
Filipin “Səbail”lə oyun barədə fikirlərini təqdim edirik:
“Çətin qələbə qazandıq. Meydanda əsl xarakter nümayiş etdirdik və sübut etdik bu komandanın böyük bacarığı var. Bu qələbəni klub rəhbərliyinə, məşqçi heyətinə həsr etmək istərdik. Çünki bu qələbənin onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Həmçinin, bizi daim dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.
Komandada ilk qolumu vurduğuma görə şadam. Sevinirəm ki, bu qol bizim çətin qələbəmizə töhfə verdi. Ancaq bu matç artıq geridə qaldı. İndi diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik”.