“Səbail” üzərində qələbəmizin (3:1) memarlarından olan Rəşad Eyubovun oyunla bağlı fikirləri:

“Çoxdandı qalib gəlmirdik. Hətta qol da vurmurduq. Şadıq ki, bu gün qələbə qazandıq və bunu 3 qolla etdik. Qol buraxdıqdan sonra ruhdan düşməməyimiz ikiqat sevindiricidir. Toparlandıq, öz oyunumuzu göstərdik və qalib gəldik”.

Rəşad dünənki qələbəmizdə xüsusi rol oynadı. Cavid İmamverdiyevə məhsuldar ötürmə verən yarımmüdafiəçi, oyunun 68-ci dəqiqəsində komandamıza penalti qazandırdı.