Kapitanımız Cavid İmamverdiyevin “Səbail”lə oyun (3:1) barədə fikirləri:
“Bizim üçün vacib oyun idi. Bu matçadək son 7 qarşılaşmada qalib gələ bilməmişdik. Oyuna yaxşı başlamadıq. Lakin erkən qol buraxsaq da, ruhdan düşmədik. Uşaqlar xarakter nümayiş etdirdilər. Son oyunlarda qalib gələ bilmədiyimizi nəzərə alanda, bu qələbə yerinə düşdü. Qalibiyyətimizə qolla töhfə verdiyimə görə sevinirəm. Bu qələbə bizim üçün əla motivasiya olacaq. Qarşıdakı oyunlara daha həvəslə hazırlaşacağıq”.