Futbol üzrə Azərbaycan I Divizionunda XXII tura start verilib. “Sabah-2” bu turda səfərdə “Sumqayıt-2” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində Samir Məmmədov fərqlənib.

Əvəzedici heyətimizin baş məşqçisi Vasif Haqverdiyev matçda aşağıdakı heyətə şans verib:

71. Hüseynəli Quliyev, 88. Elçin Əsədov, 16. Kənan Həsənov, 12. Zahid Mərdanov (k) (23. Tacir Əlizadə, 85), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev, 18. Kamran Məmmədov, 97. Emil Qasımov (72. Ayxan Quluzadə, 76), 45. Tolqar Yaqubov (40. Tural Nəsirov, 87), 42. Reza Biqdelo, 24. Samir Məmmədov (31. Sultan Mustafayev, 80).