Futbol üzrə Azərbaycan I Divizionunda XXIII tura start verilib. “Sabah-2” bu turda “Səbail-2” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən görüş komandamızın 4:1 hesablı qələbəsi ilə nəticələnib. Matçda qollarımıza Tacir Əlizadə və Ayxan Quluzadə imza atıblar. Hər iki futbolçu dubl edib.
Əvəzedici komandamızın baş məşqçisi Vasif Haqverdiyev görüşdə aşağıdakı heyətə şans verib:
96. Əmirhüseyn Nəcəfi, 6. Vadim Abdullayev (k) (43. Vüsal Qəmbərov, 86), 88. Elçin Əsədov, 16. Kənan Həsənov, 23. Tacir Əlizadə (24. Samir Məmmədov, 73), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev, 18. Kamran Məmmədov (28. Nemət Musayev, 90+2), 45. Tolqar Yaqubov, 42. Reza Biqdelo (97. Emil Qasımov, 57), 40. Tural Nəsirov (72. Ayxan Quluzadə, 46).