Bu gün AFFA-nın təşkilatçlığı ilə keçirilən liqalarda növbəti oyunlarına çıxan U-11 və U-12 komandalarımızın üzvləri xoş sürprizlə qarşılaşdılar.

Qapıçımız Saşa Stamenkoviç və yarımmüdafiəçimiz Rəşad Eyubov oyunların keçirildiyi məkana gələrək, azyaşlı futbolçularımıza dəstək oldular. Saşayla Rəşad matçdan öncə U-11 və U-12 komandamızın üzvləri ilə görüşərək, onlara öz məsləhətlərini verməklə yanaşı, gələcək oyunlarda uğurlar arzuladılar.

U-11 komandamız liqanın 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyunundan 3:1 hesablı qələbə ilə ayrılaraq yarımfinala vəsiqə qazandı (ilk oyun – 1:1).

U-12 komandamız isə liqanın 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyunundan məğlub ayrıldı (0:1).