Bu gün “Sabah” Futbol Klubunun idman direktoru Emin Abbasovla Bakı Gənclər Mərkəzinin rəhbəri Rəvanə Həşimova arasında görüş keçirilib. Görüş çərçivəsində mərkəz ilə klubumuz arasında əməkdaşlıq məsələsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların idmana olan marağının artırılması, həmçinin sağlam həyat tərzinin təbliği məqsədilə birgə layihələrin hazırlanması perspektivləri müzakirə edilib.