Bu gün “Sabah” Futbol Klubunun “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edəcək üzvlərinin mətbuat konfransı keçirilib. “Bridge Plaza”da keçirilən konfransda klubumuzun akademiyasının seleksiya xidmətinin rəhbəri İlqar İsrafilov, “Dostluq üçün futbol” sosial layihəsinin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimov, həmçinin layihədə ölkəmizi təmsil edəcək U-12 komandamızın baş məşqçisi Samir Əbdürəhmanov media nümayəndələrinin suallarını cavablandırıblar.

Xatırladaq ki, Sabah” FK Madriddə baş tutacaq yarışda U-12 komandamızın futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq. Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.