Futbol üzrə Azərbaycan I Divizionunda XXIV turun oyunları keçirilib. “Sabah-2” bu turda səfərdə “Ağsu” ilə qarşılaşıb. Ağsu şəhər stadionunda keçirilən görüşün 28-ci dəqiqəsində komandamız azlıqda qalıb. Elçin Əsədov qırmızı vərəqə alıb. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Oyunda komandamızın qoluna Emil Qasımov imza atıb.

Əvəzedici komandamızın baş məşqçisi Vasif Haqverdiyev matçda aşağıdakı heyətə şans verib:

71. Hüseynəli Quliyev, 88. Elçin Əsədov, 16. Kənan Həsənov, 23. Tacir Əlizadə, 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev, 18. Kamran Məmmədov, 97. Emil Qasımov (k), 45. Tolqar Yaqubov, 42. Reza Biqdelo, 72. Ayxan Quluzadə.