“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib. Ukraynalı qapıçı Dmitri Bezruk bundan sonra komandamızın uğurları üçün çalışacaq. 23 yaşlı qapıçı ilə 3 illik müqavilə bağlanıb.

Ukraynanın “Çernomorets” (Odessa) klubunun yetirməsi olan Bezruk, peşəkar karyerasında ancaq bu komandada çıxış edib. O, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

Bezruk komandamızda 32 nömrəli formada çıxış edəcək.