Baş məşqçimiz Elşad Əhmədovun “Keşlə” ilə oyun (1:1) barədə fikirləri:
“Deməzdim ki, baxımlı oyun izlədik. Lakin meydanda mübarizə var idi. Birinci hissə demək olar, tam üstünlüyümüzlə keçdi. İkinci hissədə qol vura bildik. Nə qədər uşaqlardan irəli çıxmalarını tələb etsəm də, psixoloji amil əsas rol oynadı, futbolçular geri çəkildilər. Ola bilsin, müəyyən qədər yorğunluq da rol oynadı. Deməzdim ki, pis oynadıq. Ancaq son 15 dəqiqədə müdafiə olunmağımız ziyanımıza oldu.
O ki qaldı qol buraxdığımız epizoda, həmin anda yan xətt hakiminin oyundan kənar vəziyyətlə bağlı bayraq qaldırdığını düşünmüşdüm. Həmişə hakimlərin qərarlarını müzakirə etməməyə çalışmışam. Ancaq bu qərarı başa düşmək mümkün deyil”.