“Sabah” Futbol Klubu yeni sponsor müqaviləsi bağlayıb. “Sədərək” Ticarət Mərkəzi bundan sonra klubumuzun sponsorlarından olacaq. Müqaviləyə əsasən, ticarət mərkəzinin reklamları rəsmi veb səhifəmiz, sosial media hesablarımızla yanaşı, komandamızın ev oyunlarını keçirdiyi “Əlincə Arena”nın müxtəlif yerlərində də əks olunacaq. Bundan əlavə, əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinin təbliği və ölkə futboluna marağın artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərədə tutulub.