Futbol üzrə Azərbaycan I Divizionunda XXV tura yekun vurulub. “Sabah-2” bu turda “Qarabağ-2” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən qarşılaşma rəqibin 1:0 hesablı qələbəsilə yekunlaşıb.
Əvəzedici heyətimizin baş məşqçisi Vasif Haqverdiyev matçda aşağıdakı heyətə şans verib:
- Hüseynəli Quliyev, 16. Kənan Həsənov, 12. Zahid Mərdanov (k), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev, 18. Kamran Məmmədov, 97. Emil Qasımov (40. Tural Nəsirov, 83), 45. Tolqar Yaqubov, 42. Reza Biqdelo, 72. Ayxan Quluzadə, 24. Samir Məmmədov.
25 turdan sonra hesabında 38 xal olan “Sabah-2” 7-ci pillədə qərarlaşıb.