AFFA-nın təşkilatçılığı keçirilən liqalara yekun vurulub. “Sabah” FK akademiyasının komandaları mövsümü 6 medalla başa vurublar.
Təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq, medalların əyarına görə ən yüksək nəticəyə imza atıblar.
Bundan əlavə, futbolçularımız fərdi mükafatlara da layiq görülüblər. Tariel Fərzəli (U-11), Nicat Məmmədov (U-14) və Vüsal Qəmbərov (U-17) ən yaxşı oyunçu, Akif Allahverdiyev (U-10), Emin Həbibov (U-14) və Kamran Şabıyev (U-16) ən yaxşı qapıçı, İslam Həsənov (U-11) isə feyr-pley mükafatına sahib çıxıb.