Baş məşqçimiz Elşad Əhmədov oyunsonrası mətbuat konfransında “Sumqayıt”la matç barədə fikirləri:

“Çempionatın sonudu. Oyun sönük keçdi. Ola bilsin, yüksək liqada yerimizi qoruyub saxlamağımızla bağlı futbolçularda bir az arxayınlıq yaranıb. Boşluqlar verdik. Birinci hissədə pis oynamadıq. İkinci hissədə irəli xəttdə problemlər yaşadıq. Hücum qurmaqda çətinlik çəkirdik. Öz işimizi çətinə saldıq. Mövsümboyu 5-ci pillədən aşağı düşməmişdik. İndi bütün fikrimizi “Zirə” ilə sonuncu turun oyununa yönəltməliyik.

“Sumqayıt” bu gün layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm”.