1992-ci il tarixin bu günündə erməni silahlıları Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərini işğal etdilər.

İşğal nəticəsində 25 minədək insan öz yurd-yuvalarından didərgin düşüb. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb.

Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.